
Maniya Dönəmi və Depressiv Epizodlar
Bipolyar affektiv pozuntunun növbəti fazalarından biri də depressiv fazadır, bayaq qeyd etdiyim kimi. Depressiv faza necə olur? Hər hansı bir səbəb olmadan əhval-ruhiyyənin aşağı olması, üzgünlük halı kimi narahatlıqlar olur. Eyni zamanda bu depresiya fazasında olan xəstələr ətrafdakılara qarşı biganəlik, hərəkətlərində azalma, həvəssizlik olur. Əvvəl gördükləri, həvəslə yanaşdıqları işə bu günkü gündə onlar həvəssiz yanaşırlar. Hər hansı bir işi sona çatdırmaq həvəsləri olmur. Gün ərzində daha çox yuxululuq olur. Yemək yeməmək kimi narahatçılıqları olur.