Adını yunan mifologiyasının yenilməz qəhrəmanının adından alan bu sindrom, insanlarda gizli müvəffəqiyyətsizlik qorxusu ilə müşayiət olunaraq özünə başqalarının gözü ilə baxma və başqalarının düşüncələrini oxuma cəhdiylə nəticələnən psixoloji narahatlıqdır.İnsanların demədiklərini hətta heç vaxt deməyəcəklərini irad kimi qəbul edib, ona görə həyatımıza davam edir və həyat hekayələrimizi bu bünövrə əsasında formalaşdırırıq. Bu gizli qorxu, psixoloji baxımdan biz insanların həmişə gizli-gizli sızıldayan dabanımız olub və həyatımızın normal axışına maneə törədib.
Axilles Sindromunun Səbəbləri:
Bu sindrom insanın uşaqlıq illərindən onun əsas ailəsi (valideyn və qohumlar) ilə başlayıb məktəb həyatında (müəllimlər) davam edib böyüdüyü sosial cəmiyyətin ona qazandırdığı amillər nəticəsində tam formalaşan qeyri-real düşüncələrin məcmusudur. İnsan öyrənmə mərhələsində psixoloji baxımdan qorxularını gizlədərək maddi və mənəvi yükləri daşımağa başlamaqla bu sindroma doğru ilk addımlarını atır.Nəticədə isə insan arzu və istəkləri üçün müharibədən müharibəyə keçdikcə Axilles kimi zəfər qazansa da yorğunluqdan o qələbənin sevincini belə yaşaya bilmir. Çünki hər psixoloji mübarizəyə bir öncəki gizli qorxularının yükü ilə davam edir və bu yük hər gün daha da artır, bir az da ağırlaşır.