Hər kəs soruşur ki, mən nə vaxt tam sağalaram?

Bir çox hallarda xəstələri bu sual maraqlandırır: Mən nə vaxt tam sağalaram?

Müdafiə Nazirliyinin Baş Klinik Hospitalın həkim psixiatrı Zaur Qasımov müalicə alan hər kəsi maraqlandıran “Mən nə vaxt tam sağalaram?” barədə danışıb.

“Mən bu dərmanları neçə müddət qəbul edəcəm? Bəzən elə hallarda olur ki, xəstələr dərmanları içdikdən 1 və ya 1 neçə gün sonra əlaqə saxlayıb yaxşılaşmadıqları barədə məlumat verirlər. Qeyd etmək istəyirəm ki, xəstələr dərmanları uzun müddət qəbul etməlidirlər. Xüsusi ilə də antidepressanlar effektini 15 gün sonra göstərməyə başlayır. Bəzi hallarda isə xəstələr bir müddət dərman qəbul etdikdən sonra özlərini tam yaxşı hiss edirlər, və dərmanı kəsməyə başlayırlar”, – deyə həkim psixiatr bildirir.

Z.Qaasımov həmçinin qeyd edib ki, müalicə zamanı bir çox hallarda dərman qəbulunu kəsəndən sonra xəstələr dərman fonunda yaxşılaşdıqları üçün, bədən özü tam sağalmadığı üçün, xəstəlik əlamətləri yenidən təzahür edirlər. “Bununla əlaqədar yenidən demək istəyirəm ki, həkim razılığı olmadan dərmanları kəsməməyi məsləhət görərdim”, – deyə psixiatr vurğulayıb.

 

 

Panik atak nədir?

İnsan bəzən elə olur ki, bu halda ürəyin çırpıntısını, döyüntüsünü çox hiss edir. Bunlara kəskin boğulma hissi, nəfəs ala bilməməsi, darıxma, bir yerdə qərar tuta

Obsessiv Kompulsiv Pozuntu nədir?

İnsanların beyinlərində yaranan düşüncələr, fikirlər olur. Bu çox sayda fikirləri çözələməyə başlayırlar. Bir fikri bitirmədən, o bir isinə keçirirlər. Bu, insanın gün ərzində müəyyən fəaliyyətindən

Anksiyete pozuntusu nədir?

Bəzən insanlar daxili narahatlıq, gərginlik hiss edirlər. Səbəbsiz yaranan bu daxili narahatlıq, gərginlik insanlara həyacan və təşviş hissi verir. Bu hal həmçinin, tənəffüsün artmasına səbəb