“İnsan Psixoloji problemi olduğunu necə anlayır?” sualına tanınmış həkim psixiatr Zaur Qasımov aydınlıq gətirir.
Bununla bağlı NOCOMMENT-ə müsahibə verən Müdafiə Nazirliyinin Baş Klinik Hospitalın həkim psixiatrı Zaur Qasımov “İnsan Psixoloji problemi olduğunu necə anlayır?” mövzusu barədə danışıb.
İnsan özündə psixoloji problemi olub-olmadığını keçirdiyi hisslər və narahatlıqlardan , normada olmayan reyaksiyalarından, eyni zamanda ətrafdakı insanların həmin şəxsə narahatlığını deməsindən anlaya bilər.
Düşüncə və davranışları gündəlik həyat fəaliyyətinə təsir edirsə, bu istər işində , istərsə də ailəsində varsa və bu halların özəyində somatik-organik xəstəliklər yoxdursa o zaman bu barədə düşünmək olar.