Dermatofagiya və ya Dəri Qoparma pozuntuları

Psixiatr Zaur Qasımov dəri qoparma pozuntuları haqqında danışdı.

Bu hallar uşaqlarda və gənclərdə daha çok rast gəlinir.

Belə davranışlar əslində psixoloji pozuntudur və ona düçar olanlar hətta bədəninin müxtəlif nahiyələrində dərini qoparıb yeyirlər. Həmin xəstəlik dermatofagiya adlanır. Mütəxəssislər hesab edirlər ki, bu kimi hallar əsasən psixoloji çatışmazlıq əlamətidir.

İnsanın daxilində yaşadığı stress, həyəcan, qorxu kimi narahat edən duyğular dəri qoparma pozuntusuna səbəb olur. Belə insanlar dərini qopardıqdan sonra böyük rahatlama və həzz duyğusunu yaşayırlar.

İrad bildirildikdə isə, bu davranışa yenə də davam edirlər.

Əl, barmaq,üz, qol, qol ətrafı, dodaq, və dodaq ətrafı dərisini qoparıdırlar. Bəzən dəri qoparmalar yaraya səbəb ola bilir.

Hər dəfə söz versələr də, utanc duysalar da bu davranış yenidən təkrarlanır.

 

Dəfələrlə yoxlamağımın səbəbi nədir?

“Hər şeyi etdiyimi bilirəm, amma yenə də yoxlamaq istəyirəm.” Bunun səbəbi nədir? Bəzən insan müəyyən bir şeyi bildiyi və əmin olduğu halda belə, onu təkrar-təkrar