Yetkinlik dövründə şəxsiyyət və davranış pozğunluqları

Yetkinlik dövrü uşaqların hormonal və fiziki dəyişikliklər nəticəsində bioloji olaraq yetkin hesab olunduğu müddətdir. Normal yetkinlik yaşı qızlarda 9-11 (8-13) yaş, oğlanlarda isə 10-12 (9-14) yaşdır.

Psixi pozğunluğun əksi psixi sağlamlıqdır. Həyat şəraitinə uyğunlaşa bilən, həyat problemlərini həll edə bilən insanlar adətən psixi cəhətdən sağlam qiymətləndirilir. Əgər bu qabiliyyətlər məhduddursa və insan şəxsi, ailə həyatında və ya işdə gündəlik işlərinin öhdəsindən gələ bilmirsə, şəxsi məqsədlərinə nail ola bilmirsə, onda bu və ya digər dərəcədə psixi pozğunluqdan danışmaq olar.

Həkim-psixiatr Zaur Qasımov bildirir ki, “yetkinlik dövründə tez-tez rast gəlinən Nevrotik Anoreksiya (Anorxia Nervoza) diaqnozu kökəlməkdən həddindən artıq dərəcədə qorxan və özünü hər zaman kilolu hesab edən zaman qoyulur. Bulimiya nevrozu isə yemək yedikdən sonra artıq kaloridən qurtulmaq üçün şəxsin qusma yolunu seçdiyi bir xəstəlikdir. Sarışan hallar nevrozu (obsessiv-kompulsiv pozuntu) isə narahatedici, özündən asılı olmayan, tərgidilməsi çətin olan düşüncələrdir. Belə şəxslər həddindən artıq təmizliklə və əşyaların simmetriyası ilə əlaqədar olan problemlər yaşayırlar. Bu nevroz növü oğlanlarda da müşahidə olunur”.

Davranış pozuntuları müxtəlif psixi və fiziki səbəblərdən dolayı yeniyetmənin daxilində baş verən konfliktləri davranışlarına yansıtması nəticəsində meydana gəlir. Hər bir yaş dövrünün özünəməxsus çətinlikləri vardır. İnkişafın özü ilə gətirdiyi çətinliklərlə yanaşı, uşağın həyatında baş verən gözlənilməz dəyişikliklərin və neqativ hadisələrin də davranışlara böyük təsiri var. Bunlara yaşayış yerini, məktəbi dəyişdirmək, yeni bacı və ya qardaşın doğulması, ailə fərdlərindən birinin ölümü, ana-atanın boşanması və s. kimi hadisələr aiddir. Yeniyetmələr böyüklərin malik olduğu güclü iradəyə, idrak bacarıqlarına, həyat təcrübələrinə sahib olmadıqları üçün valideynlərin dəstəyi olmadan bunların öhdəsindən asanlıqla gələ bilməzlər və adaptasiya olmaqda çətinlik çəkərlər.

 

Panik atak nədir?

İnsan bəzən elə olur ki, bu halda ürəyin çırpıntısını, döyüntüsünü çox hiss edir. Bunlara kəskin boğulma hissi, nəfəs ala bilməməsi, darıxma, bir yerdə qərar tuta

Obsessiv Kompulsiv Pozuntu nədir?

İnsanların beyinlərində yaranan düşüncələr, fikirlər olur. Bu çox sayda fikirləri çözələməyə başlayırlar. Bir fikri bitirmədən, o bir isinə keçirirlər. Bu, insanın gün ərzində müəyyən fəaliyyətindən

Anksiyete pozuntusu nədir?

Bəzən insanlar daxili narahatlıq, gərginlik hiss edirlər. Səbəbsiz yaranan bu daxili narahatlıq, gərginlik insanlara həyacan və təşviş hissi verir. Bu hal həmçinin, tənəffüsün artmasına səbəb