Dırnaq yemə vərdişi

Bəzi insanlarda dırnaq yemə, dırnaq dərisini qopartmaq, saçını qopartmaq, bədənlərini səbəbsiz qaşımaqdan yara etmək kimi hallara rast gəlinir. Bütün bunlar ailələrində təzyiq göstərilən uşaqlarda daha çox rast gəlinir. Müəyyən vasitələrlə çalışırlar ki, bunu etməsinlər, lakin buna nə qədər də çalışsalar qarşısını ala bilmirlər və bunu bir həyat tərzi kimi qəbul edirlər. Əslinə qalsa bu heç də belə deyil, həmin şəxslər özləri də istəmirlər ki, belə hərəkət etsinlər. Bu cür hərəkətləri etməmişdən qabaq onlar daxili narahatçılıq hissi keçirirlər, gərginləşirlər, onlara bir sıxıntı gəlir, lakin həmin hərəkəti etdikdən sonra isə bir rahatlaşma hiss edirlər. Rahatlıq gəldikdən sonra həmin şəxs fikirləşir ki, mən bunu bir daha etməyəcəm, lakin şəxs bunu yenə təkrarlayır. Bunu bir psixi pozuntu hallarından olan obsesif kompulsif pozulması alt forması kimi də qiymətləndirmək olar. Buna görə də bu kimi mövzularda həkim-psixiatra müraciət edilməsi məqsədə uyğundur.

Qorxu nədir?

  Qorxu insanlarda müəyyənsizlikdən yaranan bir hissdir. Qorxu nə ilə qarşılaşacağını  bilməyən insanlarda müdafiə hissidir. Hündürlükdən adladıqda və ya yırtıcı heyvanla qarşılaşdıqda nə olacağını bilmədikdə