İnsan bəzən elə olur ki, bu halda ürəyin çırpıntısını, döyüntüsünü çox hiss edir. Bunlara kəskin boğulma hissi, nəfəs ala bilməməsi, darıxma, bir yerdə qərar tuta bilməməsi, evdə olarkən pəncərələri açması, qapalı yerdə olma, qapalı yerdən çıxma, tərləmə, ürək döyülməsi, nəbzin sürətlənməsi müşahidə olunur.
Bu tutma halında xəstələr ölüm qorxusunu çox yaşayırlar. Həmçinin, ağıllarını itirmək, dəli olma qorxusu yaşayırlar. Elə bilirlər ki, ağılları itəcək, yaxud da köməksiz bir yerdə qalacaqlar. Çarəsiz, heç kim buna nəsə edə bilməyəcək, ağır bir hadisə baş verəcək və çarəsiz duruma düşəcəklər.
Belə olan hallarda həkimə mütləq qaydada müraciət etmək vacibdir.