Antidepressant dərmanlar asılılıq yaradırmı?

Bir çox xəstələr psixiatra müraciət etməkdən çəkinirlər, qorxurlar. Onlarda sanki bir qorxu yaranırki psixiatra gettikdən sonra, dərmanlardan daim asılılıq yaranır. Lakin bu heçdə əslində belə deyil. 

Müdafiə Nazirliyinin Baş Klinik Hospitalın həkim psixiatrı Zaur Qasımov bu barədə fikirlərini bölüşüb.

“Psixiatriyada istifadə olunan dərmanların böyük əksəriyyəti, istər antidepressant olsun, istər əhval ruhiyyə sabitləşdiricilər olsun heç bir asılılıq yaratmır. Sağaldıqdan sonra bu dərmanları asanlıqla kəsmək olur. Kiçik bir qrup dərmanlar var ki, bu dərmanları uzun müddət qəbul etdikdə asılılıq yaratma ehtimalı var. Bu dərmanların isə tətbiqi geniş deyil”.

 

 

 

Dəfələrlə yoxlamağımın səbəbi nədir?

“Hər şeyi etdiyimi bilirəm, amma yenə də yoxlamaq istəyirəm.” Bunun səbəbi nədir? Bəzən insan müəyyən bir şeyi bildiyi və əmin olduğu halda belə, onu təkrar-təkrar