Demensiya nədir?

 

Demensiya – unutqanlığın ön planda olduğu bir çox xəstəliyə verilən ümumi bir addır.

 Xüsusilə yaşlı insanlar arasında tez-tez rast gəlinən Demensiya müxtəlif xəstəliklər səbəbindən meydana gələ bilər. Bu vəziyyət özündə yaddaş, düşüncə və sosial bacarıqlara təsir edən bir qrup simptom  təsvirdir. Demensiya tək bir xəstəlik demək deyil.

Demensiya zamanla beyinə zərər verir. Ən çox görülən demensiya növü Alzheimer xəstəliyidir və bunun üçün gen və çevrədən bir çox faktor sadalansa da, dəqiq səbəbi bilinmir. Başqa bir çox rast gəlinən demensiya növünün səbəbi isə yüksək qan təzyiqinin

beyinə vurduğu zərbələrin təsirindən yaranan Vaskular demensiyadır.

Demensiyanın simptomları

  • Adları və yerləri xatırlaya bilməmək
  • Unutqanlıq
  • Emosional dəyişikliklər- xüsusi ilə beynin emosialara nəzarət edən

            hissəsinin zədələnməsi olanlarda. Demensiyalı insanlar da qorxu, kədər,

            qəzəb, sevinc hisslərini yaşaya bilirlər.

  • Vəziyyət və ya məsələ ilə bağlı qərar verməkdə çətinlik
  • Vizual qavrayış pozğunluğu
  • Yaddaşın pozulması
  • Dil (nitq) pozğunluqu

Demensiyanın müxtəlif növləri hansılardır?

Demensiya beyində yaddaş itkisinə səbəb olan ciddi dəyişiklikləri

təsvir etmək üçün istifadə

olunan bir termindir. Bu dəyişikliklər həmçinuin insanların əsas

gündəlik işlərini yerinə yetirməsini

çətinləşdirir. Əksər insanlarda demensiya davranış və

şəxsiyyət dəyişikliklərinə səbəb olur.

Doqquz amil və demensiya riskindəki paylar:

  • Orta yaşda eşitmə hissini itirmək – 9%
  • Məktəbi bitirməmək – 8%
  • Siqaret çəkmək – 5%
  • Depresiya – 4%
  • Fiziki fəallıq – 3%
  • Sosial həyatdan kənarlaşma – 2%
  • Yüksək təzyiq – 2%
  • Obezite – 1%
  • 2-ci növ diabet – 1%

Panik atak nədir?

İnsan bəzən elə olur ki, bu halda ürəyin çırpıntısını, döyüntüsünü çox hiss edir. Bunlara kəskin boğulma hissi, nəfəs ala bilməməsi, darıxma, bir yerdə qərar tuta

Obsessiv Kompulsiv Pozuntu nədir?

İnsanların beyinlərində yaranan düşüncələr, fikirlər olur. Bu çox sayda fikirləri çözələməyə başlayırlar. Bir fikri bitirmədən, o bir isinə keçirirlər. Bu, insanın gün ərzində müəyyən fəaliyyətindən

Anksiyete pozuntusu nədir?

Bəzən insanlar daxili narahatlıq, gərginlik hiss edirlər. Səbəbsiz yaranan bu daxili narahatlıq, gərginlik insanlara həyacan və təşviş hissi verir. Bu hal həmçinin, tənəffüsün artmasına səbəb