Demensiya – unutqanlığın ön planda olduğu bir çox xəstəliyə verilən ümumi bir addır.
Xüsusilə yaşlı insanlar arasında tez-tez rast gəlinən Demensiya müxtəlif xəstəliklər səbəbindən meydana gələ bilər. Bu vəziyyət özündə yaddaş, düşüncə və sosial bacarıqlara təsir edən bir qrup simptom təsvirdir. Demensiya tək bir xəstəlik demək deyil.
Demensiya zamanla beyinə zərər verir. Ən çox görülən demensiya növü Alzheimer xəstəliyidir və bunun üçün gen və çevrədən bir çox faktor sadalansa da, dəqiq səbəbi bilinmir. Başqa bir çox rast gəlinən demensiya növünün səbəbi isə yüksək qan təzyiqinin
beyinə vurduğu zərbələrin təsirindən yaranan Vaskular demensiyadır.
Demensiyanın simptomları
- Adları və yerləri xatırlaya bilməmək
- Unutqanlıq
- Emosional dəyişikliklər- xüsusi ilə beynin emosialara nəzarət edən
hissəsinin zədələnməsi olanlarda. Demensiyalı insanlar da qorxu, kədər,
qəzəb, sevinc hisslərini yaşaya bilirlər.
- Vəziyyət və ya məsələ ilə bağlı qərar verməkdə çətinlik
- Vizual qavrayış pozğunluğu
- Yaddaşın pozulması
- Dil (nitq) pozğunluqu
Demensiyanın müxtəlif növləri hansılardır?
Demensiya beyində yaddaş itkisinə səbəb olan ciddi dəyişiklikləri
təsvir etmək üçün istifadə
olunan bir termindir. Bu dəyişikliklər həmçinuin insanların əsas
gündəlik işlərini yerinə yetirməsini
çətinləşdirir. Əksər insanlarda demensiya davranış və
şəxsiyyət dəyişikliklərinə səbəb olur.
Doqquz amil və demensiya riskindəki paylar:
- Orta yaşda eşitmə hissini itirmək – 9%
- Məktəbi bitirməmək – 8%
- Siqaret çəkmək – 5%
- Depresiya – 4%
- Fiziki fəallıq – 3%
- Sosial həyatdan kənarlaşma – 2%
- Yüksək təzyiq – 2%
- Obezite – 1%
- 2-ci növ diabet – 1%