Bəzi insanlarda dırnaq yemə, dırnaq dərisini qopartmaq, saçını qopartmaq, bədənlərini səbəbsiz qaşımaqdan yara etmək kimi hallara rast gəlinir. Bütün bunlar ailələrində təzyiq göstərilən uşaqlarda daha çox rast gəlinir. Müəyyən vasitələrlə çalışırlar ki, bunu etməsinlər, lakin buna nə qədər də çalışsalar qarşısını ala bilmirlər və bunu bir həyat tərzi kimi qəbul edirlər. Əslinə qalsa bu heç də belə deyil, həmin şəxslər özləri də istəmirlər ki, belə hərəkət etsinlər. Bu cür hərəkətləri etməmişdən qabaq onlar daxili narahatçılıq hissi keçirirlər, gərginləşirlər, onlara bir sıxıntı gəlir, lakin həmin hərəkəti etdikdən sonra isə bir rahatlaşma hiss edirlər. Rahatlıq gəldikdən sonra həmin şəxs fikirləşir ki, mən bunu bir daha etməyəcəm, lakin şəxs bunu yenə təkrarlayır. Bunu bir psixi pozuntu hallarından olan obsesif kompulsif pozulması alt forması kimi də qiymətləndirmək olar. Buna görə də bu kimi mövzularda həkim-psixiatra müraciət edilməsi məqsədə uyğundur.

Bəzi insanlar niyə ifrat dərəcədə estetik əməliyyatlara üz tutur?
30 Oktyabr 2025
Son illərdə dünyada estetik və kosmetik prosedurların sayı əhəmiyyətli dərəcədə artmışdır. Bu artım yalnız texnologiyanın inkişafı ilə izah olunmur. Sosial, mədəni və psixoloji faktorlar da

Çox düşünmək “Overthinking” nədir ?
22 Oktyabr 2025
Həddindən artıq düşünmək və ya overthinking, şəxsin bir mövzu üzərində gərəksiz dərəcədə və uzun müddət düşünməsi halıdır. Bu vərdiş, insanın davamlı olaraq ən pis ssenariləri

Narsizm və onun təsirləri
26 Sentyabr 2025
Psixiatrik yardıma ehtiyac duyanların böyük hissəsi psixi pozuntulardan əziyyət çəkir. Bu pozuntulardan biri də narsizmdir. Narsist insanlar özlərini hamıdan üstün və dəyərli hesab edirlər. Onlar