Müdafiə Nazirliyinin Baş Klinik Hospitalın həkim psixiatrı Zaur Qasımov bu səfər aktual mövzulardan biri olan ictimai qınaq və tək qalma qorxusu barədə danışıb.
“Bir çox hallarda bəzi insanlar var ki, onlar ictimai yerlərə çıxmaqdan, çıxarkən hər hansı bir fikir bildirməkdən, öz sözünü deməkdən çəkinirlər. Belə insanlar sanki öz düşüncələrinə görə hər hansı bir fikri bildirdikdə, hər hansı bir hərəkət etdikdə ətrafdakıların ictimai qınağına səbəb olacaq və onlar utanacaq, biyabr olacaq, son nəticədə gülüş hədəfi olduqları üçün öz dostlarını itirəcək deyə düşünürlər. Bu zaman isə onlarda tək qalmaq qorxusu yaranır. Bəzən belə şəxslər öz gündəlik fəaliyyətlərini yerinə yetirə bilmirlər, çox çətinlik çəkirlər, tənhalığa meyilli olurlar. Son nəticədə isə bu hal ağır psixoloji problemlərə gətirib çıxara bilir”, – deyə həkim psixiatrı Zaur Qasımov qeyd edib.