İnsan Psixoloji problemi olduğunu necə anlayır?

“İnsan Psixoloji problemi olduğunu necə anlayır?” sualına tanınmış həkim psixiatr Zaur Qasımov aydınlıq gətirir.

Bununla bağlı NOCOMMENT-ə müsahibə verən Müdafiə Nazirliyinin Baş Klinik Hospitalın həkim psixiatrı Zaur Qasımov  “İnsan Psixoloji problemi olduğunu necə anlayır?” mövzusu barədə danışıb.

İnsan özündə psixoloji problemi olub-olmadığını keçirdiyi hisslər və narahatlıqlardan , normada olmayan reyaksiyalarından, eyni zamanda ətrafdakı insanların həmin şəxsə narahatlığını deməsindən anlaya bilər.

Düşüncə və davranışları gündəlik həyat fəaliyyətinə təsir edirsə, bu istər işində , istərsə də ailəsində varsa və bu halların özəyində somatik-organik xəstəliklər yoxdursa o zaman bu barədə düşünmək olar.

 

Panik atak nədir?

İnsan bəzən elə olur ki, bu halda ürəyin çırpıntısını, döyüntüsünü çox hiss edir. Bunlara kəskin boğulma hissi, nəfəs ala bilməməsi, darıxma, bir yerdə qərar tuta

Obsessiv Kompulsiv Pozuntu nədir?

İnsanların beyinlərində yaranan düşüncələr, fikirlər olur. Bu çox sayda fikirləri çözələməyə başlayırlar. Bir fikri bitirmədən, o bir isinə keçirirlər. Bu, insanın gün ərzində müəyyən fəaliyyətindən

Anksiyete pozuntusu nədir?

Bəzən insanlar daxili narahatlıq, gərginlik hiss edirlər. Səbəbsiz yaranan bu daxili narahatlıq, gərginlik insanlara həyacan və təşviş hissi verir. Bu hal həmçinin, tənəffüsün artmasına səbəb