Öskürək, xoruldamaq, yemək yemək, saqqız çeynəmək, nəfəs almaq, diş fırşalamq, dırnaq kəsmək, asqırmaq, gülmək, əsnəmək, danışmaq və.s kimi gündəlik həyatta sıx-sıx qarşılaşılan səslərdən narahat olan hətta əsəbləşən insanların narahatlığı misofoniya olaraq adlandırılır.
Misofoniya xəstələri yalnız yüksək və aritmik səslərə qarşı deyil, bəzən aşağı tonda olan səslərə qarşı da həssas ola bilirlər.Xəstələr bu növ səslərə qarşı bəzən şiddətli aqresiv davranışlar göstərə bilirlər.
Bunlar hansı səslərdir,?
1.Tum, cips veya popkorn yeyərkən ortaya çıxan səslərdən əsəbləşmək
2.Uşaq ağlama səsinə qarşı təhamülsüzlük
3.Evdə, işdə vəya məktəbdə ayağın ritmik bir şəkildə yerə vəya hansısa bir əşyaya vurulmasından narahat olmaq
4.Gündüz ətrafdan gələn səslərdən (maşın siqnalı), gərginlik hissi keçirmək
5.Səslərdən narahat olmamaq üçün evdən çıxmamaq və sosiallaşmaqdan mühitdən uzaqlaşma
Bu və buna oxşar narahatlıqlar hərkəsdə ola bilər amma misofoniya xəstələri ətrafdakı səslərə qarşı aşırı reaksiya verirlər.