Müdafiə Nazirliyinin Baş Klinik Hospitalın həkim psixiatrı Zaur Qasımov Obsessiv Kompulsiv Pozuntu barədə danışaraq bildirir ki, yersiz yaranan fikirlər bəzən insanları çox yorur.
“Bu fikirlər bir-birini əvəz edir, gərəksiz olan birşeyləri düşündürür. Bir çox hallarda isə pis insanın düşüncəsində mənfi sonluqla nəticələndirir. Bu fikirlərdən qurtulmaq üçün bəzən müəyyən bir davranışlarda edir”.
Zaur Qasımov Obsessiv Kompulsiv Pozuntu zamanı kontrol etmə davranışlarının yarandığını, həmin insanların qapını tez-tez açıb bağlamalı olduqlarını düşündüklərini bildirir.
Psixiatr həmçinin qeyd edir ki, bəzən isə qazın açıq yoxsa sönülü qaldığını yoxlayırlar, işığı kontrol edirlər. Kontrol etmə davranışları meydana gəlir. Belə fikirləri, davranışları Obsessiv Kompulsiv pozuntu kimi qiymətləndirmək olar deyə psixiatr vurğulayır.