İlk dəfə İtalyan psixiyatr Enrico Morselli tərəfindən 1886-cı ildə müəyyən edilən psixoloji bir pozunutudur. Özünü bəyənməmək, Güzgü xəstəliyi yada Bədən Dismorfik Pozuntusu olaraq da tanınır. Bu pozuntuda şəxs vücudunun bir hissəsini bəyənmir və ya görüntüsünün pis olduğunu iddia edir. Şəxsin bədəninə aid mənfi düşüncələri iki şəkildə ortaya çıxa bilər. Birincisi şəxsin öz bədəninə aid müsbət qavrayışının pozulmuş olmasıdır yəni bədəninin burun, qulaq, əl kimi bəzi bölgələrini bəyənməməsidir.İkincisi isə başqalarının onun bədənindəki bəzi bölgələri bəyənmədiyini düşünməsidir. Bəzən ikisi bir arada da görülə bilər. Hər iki vəziyyətdə bu pozuntuyla bərabər görülən başqa problemlər də vardır. Məsələn depresiya və vəsvəsə bu xəstəliyi müşayət edən xəstəliklər arasındadır. Dismorfofobiya pozuntusunda görünən real bir bədənsəl qüsur olmamasına baxmayaraq, şəxs bir pozuntusu olduğunu vəya çox çirkin olduğunu düşünərək tez-tez estetik əməliyyatlar etdirir. Dismorfofobiyanın Güzgü xəstəliyi olaraq tanınmasının bir səbəbi də şəxsin ya güzgülərə küsməsi yada sıx-sıx güzgüyə baxaraq özünü incələmə ehtiyacı hiss etməsindən qaynaqlanır. Bu narahatçılıq ümumiyyətlə özünə qapalı,dostluq etməkdə problem yaşayan, insanların tənqidlərinə və düşüncələrinə çox önəm verən və təşviş dərəcəsi yüksək olan insanlarda daha sıx görülə bilir. Bəzi ağır vakalarda şəxs özündə var olduğuna inandığı bədənsəl qüsurlarını ətrafındakıları da inandıra bilmədiyini gördükdə həqiqi mənada özünə və problemi olduğu düşündüyü orqanına zərər verə bilər. Bədəni haqqında bu qədər çox vəsvəsəyə sahib olmaq, şəxsin bütün sosyal həyatını, sosyal münasibətlərini poza bilmək qabiliyyətindədir.Dismorfofobiya hər dönəmdə görülə bilən bir narahatçılıq olmaqla bərabər son illərdə daha çox artmasına səbəb cəmiyyət olaraq insanlarda estetik qavrayışının dəyişməsidir.


Panik atak nədir?
12 Aprel 2025
İnsan bəzən elə olur ki, bu halda ürəyin çırpıntısını, döyüntüsünü çox hiss edir. Bunlara kəskin boğulma hissi, nəfəs ala bilməməsi, darıxma, bir yerdə qərar tuta

Obsessiv Kompulsiv Pozuntu nədir?
28 Mart 2025
İnsanların beyinlərində yaranan düşüncələr, fikirlər olur. Bu çox sayda fikirləri çözələməyə başlayırlar. Bir fikri bitirmədən, o bir isinə keçirirlər. Bu, insanın gün ərzində müəyyən fəaliyyətindən

Anksiyete pozuntusu nədir?
14 Mart 2025
Bəzən insanlar daxili narahatlıq, gərginlik hiss edirlər. Səbəbsiz yaranan bu daxili narahatlıq, gərginlik insanlara həyacan və təşviş hissi verir. Bu hal həmçinin, tənəffüsün artmasına səbəb