Eyni zamanda posttravmatik stress pozuntusuna daha çox cinsi təcavüzə məruz qalmış şəxsləri aid etmək olar.
Bu hallara insanlar ən çox döyüş zamanı, avtomobil qəzasına düşərkən xilas etmək mümkün olmadığı hallarda, gəmi qəzasında, zəzələlər zamanı daha çox rast gəlinir.
Bu şəxslərdə daimi olaraq həmin hisləri, duğuları yaşaması, buna uyğun davranış və hərəkət etməsi, yuxularının pozulması müşahidə edilir.
Belə insanlar daimi olaraq eyni hisləri təkrar yaşayırlar, amma, bu duyğuları xatırlamadıqlarını dilə gətirirlər və həmin şəxslərin bu narahtlığı ilə bağlı bir əsəb, həyəcan, narahatlıqlar da yaranır. Həmin hadisədən danışarkən belə şəxslər mövzudan yayınmağa, uzaqlaşmağa çalışırlar və həmin hisləri təkrar yaşamaq ağır gəldiyi üçün ümumiyyətlə bu haqda danışmaq belə istəmirlər.