Hal-hazırki dövrdə insanların böyük əksərriyyətində smartfon tipli telefonlar var. Onlar sosial şəbəkələrdən geniş şəkildə istifadə edirlər. Səbəb olmadan, sosial şəbəkələri yoxlayırlar. Qısa müddət ərzində tez-tez bildirişlərə baxırlar. Bütün bu hallar gündəlik fəaliyyətin pozulmasına səbəb olur. Belə hallar telefon asılılığı kimi qiymətləndirilir. Telefon asılılığı olan insanlar sosial şəbəkələrə baxdıqda rahatlıq tapırlar. Telefon asılılığı olan insanların psixiatra müraciət etməsi məqsədə uyğundur.