Xroniki Yorğunluq Sindromunun əsas əlamətləri nələrdir?

Bu gün sizə xroniki yorğunluq sindromundan danışmaq istəyirəm. Bir çox insanlarda zaman keçdikcə iş qabiliyyətinin aşağı düşməsi, baş ağrıları, ətraf mühitə dözümsüzlük, əsəbilik, gərginlik, daxili narahatçılıqlar, daha çox yuxululuq və ya yuxusuzluq halı müşahidə edilir. Vaxt keçdikcə belə insanların əhval-ruhiyyəsi də aşağı düşür. Belə halların son nəticəsi isə gündəlik həyat fəaliyyətinin pozulmasına gətirib çıxarır. Bu kimi hallar “Xroniki Yorğunluq Sindromu” nun əsas əlamətləri sayılır. Xroniki yorğunluq sindromu vaxtında müalicə edilməzsə, bir sıra psixoloji problemlərə yol aça bilər.

Xəstəlikdən dolayı yaranan yorğunluq, xəstəlik vaxtında müalicə olunduqdan sonra aradan qalxır.

Afantaziya nədir?

Təsəvvür edin ki, gözlərinizi yumub bir alma təsəvvür etməyiniz xahiş olunur. Almanın rəngini, formasını və ölçüsünü zehninizdə canlandıra bilirsinizmi? Bəzi insanlar bunu asanlıqla bacardığı halda, digərləri heç bir vizual görüntü yarada bilmir.

Obsessiv-kompulsiv şəxsiyyət pozuntusu (OCPD) nədir?

Obsessiv-kompulsiv şəxsiyyət pozuntusu sadəcə səliqəli, məsuliyyətli və ya mükəmməlliyyətçi olmaqdan ibarət deyil. Bu, insanın düşüncə tərzinə, davranışlarına, iş həyatına və münasibətlərinə təsir edə bilən psixi vəziyyətdir.