Bloq / Yazılar

Day: Aprel 12, 2024

Psixi Sağlamlığın Hansı Mərhələsində Psixiatra Müraciət Etmək Lazımdır?

Əksər hallarda psixi xəstələr öz xəstəliklərinin fərqində olmurlar. Ətrafdakılarla münasibətdə istər iş yoldaşları, istər ailə üzvləri, istərsə də yaxınları bu insanı əvvəlki insan kimi görmürlər və onların davranışlarında, danışıqlarında, əhval-ruhiyyəsində pozuntu halları aşkar edirlər. Psixi sağlamlığı pozulan şəxslər isə bu halları özündə hiss etməyə bilər. Lakin, yaxınlarının bu şəxsləri həkim-psixiatra gətirmələri məqsədə uyğun hesab edilir.