Anksiyete bozukluğu və onunla mübarizə yolları

Anksiyete, yəni narahatlıq hissi, hər bir insanın müəyyən dövrlərdə yaşadığı təbii bir emosiyadır. Lakin bu hiss daimi, nəzarətsiz və gündəlik həyata mane olacaq dərəcədə intensiv olduqda artıq söhbət anksiyete bozukluğundan gedir.
Anksiyete nədir və necə yaranır?
Anksiyete – təhlükə və ya stressə qarşı orqanizmin verdiyi avtomatik reaksiyadır. Normal səviyyədə qoruyucu funksiyası olsa da, qeyri-real və ya şişirdilmiş qorxu, narahatlıq və təhlükə hissi gündəlik fəaliyyətə təsir etdikdə bu, artıq bir psixiyatrik pozuntudur.
Yaranma səbəblərinə aşağıdakılar aiddir:
•Genetik meyillilik
•Uşaqlıq travmaları
•Beyin kimyasında balans pozğunluqları
•Uzunmüddətli stress və psixososial təzyiqlər
Anksiyetenin əsas əlamətləri
Anksiyete bozukluğu müxtəlif formalarda özünü göstərə bilər. Ən çox rast gəlinən simptomlar bunlardır:
•Davamlı narahatlıq və səbəbsiz qorxu hissi
•Ürək döyüntüsü, tərləmə, titrəmə
•Yuxu pozuntuları
•Konsentrasiya çətinliyi
•Sosial təmaslardan qaçınma
•Panik atak epizodları
Növləri hansılardır?
Anksiyete bozukluğu müxtəlif alt tiplərdə müşahidə oluna bilər:
•Yayılmış anksiyete bozukluğu – hər gün baş verə biləcək hadisələrə qarşı davamlı narahatlıq
•Panik bozukluğu – qəfil başlayan panik ataklar
•Sosial anksiyete – ictimai situasiyalarda güclü qorxu
•Fobiyalar – spesifik obyekt və ya vəziyyətlərə qarşı qeyri-adekvat qorxu
Müalicə yolları
Anksiyete bozukluğu effektiv şəkildə müalicə edilə bilən bir pozuntudur. Əsas müalicə üsulları aşağıdakılardır:
•Psixoterapiya: Xüsusilə Koqnitiv-davranışçı terapiya (CBT) düşüncə və davranışları dəyişdirməkdə çox təsirlidir.
•Dərman müalicəsi: Antidepresantlar və anksiyolitiklər simptomların idarə olunmasında istifadə edilə bilər.
•Yaşam tərzi dəyişiklikləri: Məşq, düzgün yuxu rejimi, nəfəs məşqləri və stressin idarə olunması müalicəyə dəstək olur.
•Dəstək qrupları və psixososial yardım: Eyni pozuntu ilə yaşayanlarla təmas özünü tək hiss etməməkdə və paylaşımda faydalıdır.
Anksiyete bozukluğu tənha bir mübarizə olmamalıdır. Əlamətləri hiss etdikdə mütəxəssis yardımı almaqdan çəkinməmək, erkən müdaxilə ilə daha sağlam və balanslı bir həyat mümkündür. Psixoloji sağlamlıq da fiziki sağlamlıq qədər önəmlidir – və hər ikisinə eyni dərəcədə diqqət yetirilməlidir.

Çox düşünmək “Overthinking” nədir ?

  Həddindən artıq düşünmək və ya overthinking, şəxsin bir mövzu üzərində gərəksiz dərəcədə və uzun müddət düşünməsi halıdır. Bu vərdiş, insanın davamlı olaraq ən pis ssenariləri

Narsizm və onun təsirləri

Psixiatrik yardıma ehtiyac duyanların böyük hissəsi psixi pozuntulardan əziyyət çəkir. Bu pozuntulardan biri də narsizmdir. Narsist insanlar özlərini hamıdan üstün və dəyərli hesab edirlər. Onlar