Bloq / Yazılar

Category: Bloq

İsterik amneziya nədir?

Çoxlarının maraqlandığı, hər gün soruşduği bir mövzu vardır ki, bunlardan biri də ən çox kinolara baxanda, yaxud tamaşalara baxanda, bədii əsərlər oxuyanda elə bir şeylərlə

Mizofoniya xəstəliyi nədir?

Müdafiə Nazirliyinin Baş Klinik Hospitalın həkim psixiatrı Zaur Qasımov bu sual ətrafında fikirlərini bölüşüb.   Bir çox şəxslərdə ətrafdakıların, xüsusən də öz doğmalarının, yaxınlarının məsələn

Bədən dismorfik pozuntular nədir?

Həkim-psixiatr Zaur Qasımov öz müsahibəsində bildirir ki… Bir çox şəxslərdə öz bədən üzvlərinin, xüsusilə sifət nahiyəsində dodaqlarının, burunlarının və ya yanaqlarının, qaşlarının gözəl olmadığını daha

Posttravmatik Stress Pozuntusu

Posttravmatik stress pozuntuları insanın real ölüm təhlükəsi yaşaması və bu təhlükəni yaşayarkən özünü aciz, çarəsiz hiss etməsi və bunun nəticəsində yaranan psixi pozuntulardır.

Psixi Sağlamlığın Hansı Mərhələsində Psixiatra Müraciət Etmək Lazımdır?

Əksər hallarda psixi xəstələr öz xəstəliklərinin fərqində olmurlar. Ətrafdakılarla münasibətdə istər iş yoldaşları, istər ailə üzvləri, istərsə də yaxınları bu insanı əvvəlki insan kimi görmürlər və onların davranışlarında, danışıqlarında, əhval-ruhiyyəsində pozuntu halları aşkar edirlər. Psixi sağlamlığı pozulan şəxslər isə bu halları özündə hiss etməyə bilər. Lakin, yaxınlarının bu şəxsləri həkim-psixiatra gətirmələri məqsədə uyğun hesab edilir.

Psixi Sağlamlığı Pozulan Şəxs Yoxsa Dəli?

Qeyd etdiyim kimi, psixiatr “dəli həkimi” yox bir sıra həyəcan pozuntuları, tikləri, davranış pozuntuları,diqqət əksikliyi, nitq problemləri və adını sadalamadığımız bir sıra xəstəliklərin müalicəsi ilə məşğul olur. Hansı ki, bunların hər birində ağıl və zəkası yerində olmuş şəxslərdir. Lakin, həmin şəxslərdə belə hallar var ki, “mənə dəli həkiminə getdi” ifadəsi işlənir deyə psixiatrlara müraciət etməkdən çəkinirlər. Və bunun nəticəsində belə şəxslər iztirab, narahatlıqlarla yaşamağa məcbur olurlar. Belə yanaşma tərzi tamamiylə yanlışdır.

Psixoloji Xəstəliklərdə Dərman Müalicəsi

Bəli, bir çox hallarda psixoterapiyanın əhəmiyyəti olur, lakin, xəstələr əksər hallarda özləri bacara bilmirlər və həkimə müraciət etməsinə ehtiyac yaranır.
Belə xəstələrə həkimə müraciət etmələri və dərman müalicəsi qəbul etmələri tövsiyə olunur.

Maniya Dönəmi və Depressiv Epizodlar

Bipolyar affektiv pozuntunun növbəti fazalarından biri də depressiv fazadır, bayaq qeyd etdiyim kimi. Depressiv faza necə olur? Hər hansı bir səbəb olmadan əhval-ruhiyyənin aşağı olması, üzgünlük halı kimi narahatlıqlar olur. Eyni zamanda bu depresiya fazasında olan xəstələr ətrafdakılara qarşı biganəlik, hərəkətlərində azalma, həvəssizlik olur. Əvvəl gördükləri, həvəslə yanaşdıqları işə bu günkü gündə onlar həvəssiz yanaşırlar. Hər hansı bir işi sona çatdırmaq həvəsləri olmur. Gün ərzində daha çox yuxululuq olur. Yemək yeməmək kimi narahatçılıqları olur.

Yetkinlik dövründə şəxsiyyət və davranış pozğunluqları

Həkim-psixiatr Zaur Qasımov bildirir ki, “yetkinlik dövründə tez-tez rast gəlinən Nevrotik Anoreksiya (Anorxia Nervoza) diaqnozu kökəlməkdən həddindən artıq dərəcədə qorxan və özünü hər zaman kilolu hesab edən zaman qoyulur. Bulimiya nevrozu isə yemək yedikdən sonra artıq kaloridən qurtulmaq üçün şəxsin qusma yolunu seçdiyi bir xəstəlikdir. Sarışan hallar nevrozu (obsessiv-kompulsiv pozuntu) isə narahatedici, özündən asılı olmayan, tərgidilməsi çətin olan düşüncələrdir. Belə şəxslər həddindən artıq təmizliklə və əşyaların simmetriyası ilə əlaqədar olan problemlər yaşayırlar. Bu nevroz növü oğlanlarda da müşahidə olunur”.

Demensiya nədir?

 Xüsusilə yaşlı insanlar arasında tez-tez rast gəlinən Demensiya müxtəlif xəstəliklər səbəbindən meydana gələ bilər. Bu vəziyyət özündə yaddaş, düşüncə və sosial bacarıqlara təsir edən bir qrup simptom  etəsvirdir.