Çox düşünmək “Overthinking” nədir ?

 

Həddindən artıq düşünmək və ya overthinking, şəxsin bir mövzu üzərində gərəksiz dərəcədə və uzun müddət düşünməsi halıdır. Bu vərdiş, insanın davamlı olaraq ən pis ssenariləri ağlından keçirməsinə və öz daxilində ssenarilər qurmasına səbəb ola bilər. Bu şəxslər, keçmişi uzun-uzadı analiz edir və ya gələcək haqqında narahat olaraq zehni yorğunluğa sürüklənirlər. Overthinking adətən depressiyatəşviş və obsessiv-kopumlsiv pozuntu ilə əlaqələndirilir. Bu pozuntular, şəxsin gündəlik həyatını mənfi təsir edə bilər və sosial əlaqələrini zəiflədə bilər.

Bəs, həddindən Artıq Düşünmək Davranışı niyə Yaranır?

Həddindən artıq düşünmək, adətən şəxsin özünü qoruma mexanizmi olaraq ortaya çıxır və sağlamlıq, iş və ya münasibətlərlə bağlı narahatlıqlar səbəbindən inkişaf edir. Şəxs, bu sahələrin nəzarətini əlində saxlamaq üçün davamlı düşünmə meylinə girir, lakin bu vəziyyət məhsuldar olmayan və zərərli bir hala gələ bilər. Həmçinin, overthinking təşvişdepressiya və stresslə də əlaqəlidir. Mental sağlamlıq problemləri səbəbindən şəxs həddindən artıq düşünməyə fokuslanaraq gündəlik həyatını mənfi təsir edir.

 

Həddindən artıq düşünməyin mümkün səbəbləri bunlardır:

  • Səhv etmə qorxusu
  • Yüksək stress
  • Keçmişdə yaşanan emosional travmalar
  • Təşviş pozuntuları
  • Depressiya
  • Aşağı özünə inam
  • Davamlı narahatlıq halı
  • Mental sağlamlıq problemləri

Bəs, bu haldan necə  xilas olmaq olar ?

Həddindən artıq düşünməyə qarşı ən təsirli müalicə üsullarından biri Koqnitiv Davranış Terapiyası (CBT)-dır. Bu terapiya sayəsində şəxs, mənfi düşüncələri ilə üzləşir və narahatlıqlarını yüngülləşdirmək üçün strategiyalar inkişaf etdirir. Meditasiya etmək, gündəlik tutmaq və ya yazı yazmaq da şəxsin mənfi düşüncələrlə baş etməsinə kömək edə bilər. Həmçinin, balanslı qidalanma və müntəzəm idman kimi sağlam həyat vərdişləri də müalicənin vacib bir hissəsidir.

Həddindən artıq düşünməyi dayandırmağın yolları bunlardır:

 

 

 

Narsizm və onun təsirləri

Psixiatrik yardıma ehtiyac duyanların böyük hissəsi psixi pozuntulardan əziyyət çəkir. Bu pozuntulardan biri də narsizmdir. Narsist insanlar özlərini hamıdan üstün və dəyərli hesab edirlər. Onlar

Sinesteziya: Duyğu və İdrakın Qarışığı

Sinesteziya insan idrakının ən qeyri-adi və maraqlı nümunələrindən biridir. Bu fenomen zamanı bir duyğu vasitəsilə qəbul olunan stimul başqa bir duyğu təcrübəsini də işə salır.