Haqqında

Azərbaycan Ordusunun Baş psixiatrı

Zaur Qasımov

Zaur Qasımov 1998-ci ildə Azərbaycan Tibb Universitetinə Daxil olub. 2002-ci ildə təhsilini Azərbaycan Tibb Universittetinin Hərbi Tibb fakultəsində davam etdirib.

 2004-cü ildə həmin fakultəni bitirərək, ön xətdə N saylı hərbi hissənin tibb məntəqəsinin həkimi və məntəqə rəisi vəzifələrində çalışıb.

2006-cı ildə Azərbaycan Tibb Unviersitetinin Hərbi Tibb Fakultəsində “Psixonevrologiya” ixtisası üzrə internatura kursu keçib.

 2007-ci ildən Ağdam Hərbi Hospitalının terapiya bölməsinin həkim-ordinatoru, daha sonra isə Ağdamda N saylı hərbi hissənin tibb məntəqəsinin rəisi kimi çalışıb.

2010-cu ildən isə Ağdam Hərbi Hospitalının terapiya bölməsinin baş ordinatoru, 2012-ci ildən N saylı hərbi hissənin Ağdam Hərbi Hospitalının terapiya bölməsinin rəisi olub.

2015-ci ildən Silahlı Qüvvələrin Baş Kliniki Hospitalının psixiatriya bölməsinin ordinatoru vəzifələrində çalışıb.

2018-ci ildə Türkiyənin paytaxtı Ankara şəhərində Sağlıq Elmləri Universiteti Gülhanə Təhsil və Araşdırma Xəstəxanasında ixtisaslaşma kursu keçib.

2021-ci ildən Müdafiə Nazirliyi Baş Klinik Hospitalın psixiatriya bölməsinin rəisi – Azərbaycan Ordusunun Baş psixiatrı vəzifəsində çalışır.