Psixoloji dövrümüzün epidemiyası

XXI əsr texnologiyanın və informasiyanın sürətlə inkişaf etdiyi bir dövrdür. Lakin eyni zamanda bu əsr, emosional yüklənmələr, sosial təzyiqlər və şəxsiyyət böhranları ilə yadda qalır. Psixi sağlamlıq artıq sadəcə bir tibbi mövzu deyil, sosial həyatın, münasibətlərin və gündəlik qərarların mərkəzinə çevrilib.
Bu məqalədə müasir dövrün ən çox qarışdırılan, lakin fərqli diaqnozları olan iki psixi pozuntuya — borderline şəxsiyyət pozuntusu və bipolyar affektiv pozuntuya nəzər salacağıq. Onlar bəzən eyni kimi görünür, bəzən isə bir-birindən tamamilə fərqlənirlər. Amma hər ikisi — bir insanın həyatını kökündən dəyişə bilər.
Oxşarlıqdan doğan qarışıqlıq
Borderline və bipolyar pozuntular arasındakı ilk oxşarlıq, hər iki diaqnozun emosional qeyri-sabitliklə müşahidə olunmasıdır. İnsanların gündəlik həyatında “bir gün belədir, sabah tam başqa cür” dedikləri hal bəzən zarafatla qarşılanır. Lakin bu hal ciddi bir psixi vəziyyətin göstəricisi ola bilər.
Ortaq simptomlar:
Kəskin əhval dəyişkənliyi
Dərin depressiv epizodlar
Impulsiv qərarlar və davranışlar

Məhz bu bənzərliklər çox zaman yanlış diaqnoza səbəb olur. Həkimlər belə bu iki pozuntunu fərqləndirməkdə çətinlik çəkə bilər, əgər pasiyentin həyat hekayəsinə və davranış modelinə diqqətlə baxılmasa.
Kəskin fərqlər: Hansı nə ilə seçilir?
Borderline şəxsiyyət pozuntusu (BSP) — şəxsiyyətin özünə dair sabit bir hissinin olmaması, tərk edilmə qorxusu və daimi emosional qarışıqlıqla müşahidə olunur. Bu insanlar sevgi və nifrət arasında çox sürətlə dəyişə bilər, münasibətlərdə ya ifrat bağlılıq, ya da qəfil uzaqlaşma ilə tanınarlar.
Bipolyar affektiv pozuntu (BAP) isə daha çox epizodlar şəklində gedir: bir müddət maniakal hal (yüksək enerji, özünü dahi hesab etmə, çox danışmaq), sonra isə dərin depressiya (hərəkətsizlik, ümidsizlik, yaşama istəməmək).
Niyə bu qədər artıb?
Sosial media ilə duyğuların tez-tez və filtrsiz paylaşılması
Gənclər arasında emosional yetkinliyin zəifləməsi

Ailə strukturlarının dağılması və sosial təcrid
Diaqnozların populyarlaşması və özünü təyin etmə tendensiyası
Bugünkü cəmiyyətdə insanlar getdikcə daha çox emosional dalğalanma yaşayır. Amma bu dalğalanma psixoloji pozuntuya çevrildikdə, insan artıq nə hiss etdiyini belə ayırd edə bilmir. Diqqət, dinlənilmək və empatiya, bu pozuntularla yaşayan insanların ən çox ehtiyac duyduğu şeylərdir.
Sosial şəbəkələr: dəstək, yoxsa damğa?
TikTok, Instagram və digər platformalarda psixi pozuntuların “moda” halına gəlməsi, həqiqi simptomları olan insanların yaşadığı ağrının ciddiyyətini azaldır. Bir insanın “mən bipolyaram” deməsi onun sadəcə dəyişkən xarakterli olduğunu göstərmir. Bu, beyin kimyasının və həyat keyfiyyətinin pozulması deməkdir.
Eyni şəkildə, borderline diaqnozu almış biri emosional manipulyator deyil – o sadəcə duyğularına nəzarət etməkdə çətinlik çəkən biridir.
Nəticə: Empatiya – dövrün dərmanı
Bipolyar və borderline pozuntular arasındakı fərqi başa düşmək, yalnız həkimlər üçün deyil, ailələr, dostlar, hətta jurnalistlər üçün də vacibdir. Hər iki pozuntu, fərqli yollarla olsa da, insanın daxili dünyasında baş verən fırtınaları əks etdirir.Sonda unutmamalıyıq ki, bu insanlar “dəli” və ya “təhlükəli” deyil. Onlar bəzən öz içindəki fırtınanı səssizcə yaşayan, anlamağa, qəbul olunmağa və sevilməyə ehtiyac duyan insanlardır.

Dissosiasiya nədir?

Dissosiasiya nədir? Mütəxəssislər bildirirlər ki, dissosiasiya – insanın şüuru, yaddaşı, hissləri və ya özünü qavrama hissi arasında müvəqqəti ayrılma yaranması ilə xarakterizə olunan psixoloji bir

Burnout nədir?

Burnout nədir? Mütəxəssislər bildirirlər ki, burnout – yəni iş və ya gündəlik həyatın davamlı təzyiqindən yaranan emosional, fiziki və ruhi tükənmişlik – müasir insanın ən

Nevroz nədir?

Nevroz nədir? Mütəxəssislər bildirirlər ki, nevroz insanın psixoloji vəziyyətinə təsir edən, lakin reallıqla əlaqəni tam itirmədən baş verən funksional psixi pozuntudur. Bu vəziyyət adətən uzun