Obssesiv – kompulsiv pozuntunun əlamətləri nələrdir?

Bir çoxunun ağlına vaxtaşırı olaraq doğmalarının və yaxınlarının başına pis hadisə, bədbəxtlik gələcəyi, onların yaxud özünün hansısa dəhşətli xəstəliyə tutulacağı, qapını bağlamışam ya bağlamamışam, eləcə də əlləri dəfələrlə yumalıyam kimi təkrarlanan fikirlər gəlir. İnsanların əksəriyyətində rastlanan və psixiatriyada obssesiv fikirlər olaraq adlandırılan bu əlamətlər həmin insanın günlük yaşamına və sosiallığına təsir etmədikcə xəstəlik sayıla bilməz. Obssesiv fikirlər bir çox mövzuları əhatə etməklə yanaşı, ayrı-ayrı xəstəliklərin əlaməti də ola bilər.

Obssesiv əlamətlərin ən çox rast gəlindiyi xəstəlik köhnə adı ilə sarışan hallar nevrozu, müasir dövrdə isə obssesiv-kompulsiv pozuntu adlandırdığımız xəstəlikdir.

Obssesiv – kompulsiv pozuntunun əlamətləri nələrdir?

OKP-nin əlamətləri obssesiya və kompulsiya, yəni fikir və davranışlar eləcə də həyəcan, depressiyasıdır.Obssesiyalar beyinə istəmədən daxil olan, təkrarlanan, qovulması çətin düşüncələrdir. Bu düşüncələr şəxsin iradəsindən asılı olmadan beyninə daxil olur və həmin şəxs bunun boş və mənasız olduğunun fərqindədir.

OKP-nin konkret bir yaranma səbəbi yoxdur. Müasir nəzəriyyələrə görə serotonin ifrazının orqanizmdə pozulması nəticəsində yaranır. Müalicəsi müasir tipli antidepressant dərmanlarla psixoterapiya üsulu ilə aparılır.

Hallüsinasiya nədir?

Hallüsinasiya nədir? Bəzən insan ətrafda olmayan bir səsi eşitdiyini, mövcud olmayan bir insanı gördüyünü və ya heç kimin hiss etmədiyi qoxunu hiss etdiyini deyə bilər.

Melatonin istifadəsi hamıya uyğundur?

Melatonin istifadəsi hamıya uyğundur? Son illərdə melatonin yuxu problemləri yaşayan insanların ən çox müraciət etdiyi vasitələrdən birinə çevrilib. Bir çox insan onu “zərərsiz yuxu dərmanı”