Afantaziya nədir?

Afantaziya nədir?

Afantaziya insanın könüllü şəkildə zehnində vizual təsvirlər yarada bilməməsi və ya bu qabiliyyətin çox zəif olmasıdır.

Məsələn, afantaziyası olan insandan ağac təsəvvür etməsi istənildikdə, o, ağacın gövdəsi, yarpaqları və budaqları olduğunu bilir. Lakin həmin ağacı zehnində şəkil kimi görə bilmir.

_______________________________________________________________________________________________________________________________________________________________

Afantaziyanın əsas xüsusiyyətləri:

Afantaziyası olan insanlarda aşağıdakı xüsusiyyətlər müşahidə oluna bilər:

  • Obyektləri zehnində vizual olaraq canlandıra bilməmək;
  • Tanış məkanları və əşyaları təsəvvür etməkdə çətinlik;
  • Keçmiş hadisələri görüntülər vasitəsilə xatırlaya bilməmək;
  • Oxuduğu mətnləri zehində film kimi canlandıra bilməmək.

Bununla belə, afantaziya yaddaşın zəif olması və ya təxəyyül qabiliyyətinin tamamilə olmaması demək deyil.

_______________________________________________________________________________________________________________________________________________________________

Afantaziya haqqında tez-tez verilən suallar

Afantaziyası olan insanlar xatirələrini unudurlar?

Xeyr. Vizual görüntü yarada bilməmək yaddaşın tamamilə olmaması demək deyil. Onlar keçmiş hadisələri sözlər, faktlar, emosiyalar və digər məlumatlar vasitəsilə xatırlaya bilərlər.

Afantaziyası olan insan yaradıcı ola bilərmi?

Bəli. Afantaziya yaradıcılıq qabiliyyətinin olmaması demək deyil. İnsan vizual təsvirlər olmadan da ideyalar yarada, yazı yaza, dizayn edə və yaradıcı fəaliyyətlə məşğul ola bilər.

Afantaziya anadangəlmə olur?

Əksər hallarda insan bu xüsusiyyətlə doğulur və uzun müddət bunun fərqində olmaya bilər. Lakin bəzi hallarda afantaziya beyin zədəsi və ya müəyyən nevroloji hadisələrdən sonra da yarana bilər.

Obsessiv-kompulsiv şəxsiyyət pozuntusu (OCPD) nədir?

Obsessiv-kompulsiv şəxsiyyət pozuntusu sadəcə səliqəli, məsuliyyətli və ya mükəmməlliyyətçi olmaqdan ibarət deyil. Bu, insanın düşüncə tərzinə, davranışlarına, iş həyatına və münasibətlərinə təsir edə bilən psixi vəziyyətdir.

Bullinq uşağın psixologiyasını necə dəyişir?

Bullinq uşağın psixologiyasını necə dəyişir? Bullinq uşağın emosional və psixoloji inkişafına mənfi təsir göstərə bilən ciddi problemlərdən biridir. Davamlı lağ edilmək, təhqir olunmaq, qrupdan kənarlaşdırılmaq