Şəxsin daxilində hər hansı bir narahatlıq varsa da bu narahatlıq gündəlik fəaliyytdə problemlər yaradırsa və ətrafdakılar ilə münasibətdə hər hansı bir pozuntulara yol verirsə bu insanın gündəlik həyat keyfiyyətlərinin pozulmasına səbəb olur. Əlbəttə ki, belə şəxslər keçirdiyi daxili iztirablara dözməkdə əziyyət çəkirlər. Belə şəxslərin Həkim-psixiatra getməsində böyük bir fayda var.
Əksər hallarda psixi xəstələr öz xəstəliklərinin fərqində olmurlar. Ətrafdakılarla münasibətdə istər iş yoldaşları, istər ailə üzvləri, istərsə də yaxınları bu insanı əvvəlki insan kimi görmürlər və onların davranışlarında, danışıqlarında, əhval-ruhiyyəsində pozuntu halları aşkar edirlər. Psixi sağlamlığı pozulan şəxslər isə bu halları özündə hiss etməyə bilər. Lakin, yaxınlarının bu şəxsləri həkim-psixiatra gətirmələri məqsədə uyğun hesab edilir.


