Mənə yazdığınız dərmanlar asılılıq yaradırmı? Bu məndə gələcəkdə hər hansısa problem yaradacaqmı? Dərmanın istifadəsini rahat bir şəkildə dayandıra biləcəyəm? Psixiatrların yazdıqları dərmanlar heç də insanlarda asılılıq yaradan, narahatçılıq törədən dərmanlar deyil. Belə dərmanlardan qorxmaq lazım deyil. Əgər bir dərman sizin üçün fayda edir, sizin keçirtdiyiniz narahatçılıqları aradan qaldırır, sizə bir rahatlıq verir və rahat şəkildə yaşamanıza səbəb olursa, bu dərmanın təsirindən qorxmaq lazım deyil. Həmişə xəstələrimə belə bir misal çəkirəm, insan bir eynəyi daimi taxırsa və yaxud təzyiqi olan bir şəxs daimi bir dərmanı qəbul edirsə, bu dərman və ya eynək hər hansı asılılıq yaradarmı?! Əlbəttə, xeyr. Dərmanlar içərisində asılılıq yaradan dərmanlar ola bilər. Benzodiazepinlər uzun müddət istifadə edilən zaman asılılıq yarada bilər. Ancaq bizim təyin etdiyimiz antidepressantlar və neyroleptik dərmanlar asılılıq yaratmır”,- deyə həkim psixiatr qeyd edib.

Afantaziya nədir?
13 Noyabr 2026
Təsəvvür edin ki, gözlərinizi yumub bir alma təsəvvür etməyiniz xahiş olunur. Almanın rəngini, formasını və ölçüsünü zehninizdə canlandıra bilirsinizmi? Bəzi insanlar bunu asanlıqla bacardığı halda, digərləri heç bir vizual görüntü yarada bilmir.

Obsessiv-kompulsiv şəxsiyyət pozuntusu (OCPD) nədir?
06 Noyabr 2026
Obsessiv-kompulsiv şəxsiyyət pozuntusu sadəcə səliqəli, məsuliyyətli və ya mükəmməlliyyətçi olmaqdan ibarət deyil. Bu, insanın düşüncə tərzinə, davranışlarına, iş həyatına və münasibətlərinə təsir edə bilən psixi vəziyyətdir.

Bir insanın psixoloji olaraq yaxşı olmadığını hansı davranışlardan anlaya bilərik?
23 Oktyabr 2026
Bir insanın psixoloji olaraq yaxşı olmadığını hansı davranışlardan anlaya bilərik? İnsanın psixoloji vəziyyəti hər zaman sözləri ilə ifadə olunmur. Bəzən daxili narahatlıq, emosional gərginlik və