Anksiyete pozuntusu nədir?

Bəzən insanlar daxili narahatlıq, gərginlik hiss edirlər. Səbəbsiz yaranan bu daxili narahatlıq, gərginlik insanlara həyacan və təşviş hissi verir. Bu hal həmçinin, tənəffüsün artmasına səbəb ola bilər. Belə insanlar bədənin sol tərəfdən yuxarı hissəsində, yaxud sol qolunda uyuşma və boğazlarında nə isə qalmış kimi hiss edirlər. Udqunmağın çətinləşməsi kimi narahatlıqlar olur. Belə insanlar sanki, nə isə olacaq kimi gözləntidə qalırlar. Bu halları generalizə olunmuş təşviş pozuntusu, yaxud da anksiyete pozuntusu kimi düşünmək olar. Belə hallarda şəxslərin psixiatra müraciət etmələri tövsiyyə olunur.

Afantaziya nədir?

Təsəvvür edin ki, gözlərinizi yumub bir alma təsəvvür etməyiniz xahiş olunur. Almanın rəngini, formasını və ölçüsünü zehninizdə canlandıra bilirsinizmi? Bəzi insanlar bunu asanlıqla bacardığı halda, digərləri heç bir vizual görüntü yarada bilmir.

Obsessiv-kompulsiv şəxsiyyət pozuntusu (OCPD) nədir?

Obsessiv-kompulsiv şəxsiyyət pozuntusu sadəcə səliqəli, məsuliyyətli və ya mükəmməlliyyətçi olmaqdan ibarət deyil. Bu, insanın düşüncə tərzinə, davranışlarına, iş həyatına və münasibətlərinə təsir edə bilən psixi vəziyyətdir.