“Psixoloji Ağrı və Sosial Koqnitivizm”

Psixoloji ağrı sadəcə kədər və ya stress deyil. Bu, insanın yaşadığı emosional çətinliklərdən, sosial münasibətlərdəki problemlərdən və daxili təzyiqlərdən yaranan dərin bir daxili əzabdır. Məsələn, sevdiyi birinin tənqidini qəbul etmək, dostlarla anlaşılmazlıq yaşamaq və ya sosial təcrid hiss etmək bu ağrını artıran amillərdir. Bu vəziyyətlərdə insanlar çox vaxt özlərini tək və yorğun hiss edirlər.

Sosial koqnitivizm nəzəriyyəsi göstərir ki, insanlar başqalarını müşahidə edərək öyrənir, onların davranışlarını analiz edir və öz reaksiyalarını buna uyğun tənzimləyirlər. Yəni, başqalarının təcrübələrindən öyrənərək emosional və davranış reaksiyalarımızı idarə edirik. Bu, psixoloji ağrı ilə maraqlı bir əlaqəyə malikdir: əgər insan sosial bacarıqlarını inkişaf etdiribsə, emosional çətinliklərə qarşı daha dözümlü olur.

Araşdırmalar göstərir ki, psixoloji ağrı ilə sosial bacarıqlar arasında birbaşa əlaqə var. Yüksək psixoloji ağrı yaşayan insanlar çox vaxt empati və özünü idarə etmə bacarıqları zəif olur. Əksinə, sosial dəstək alan və empati səviyyəsi yüksək olan insanlar bu ağrıdan daha az təsirlənirlər. Məsələn, dostlarından və ya ailəsindən dəstək alan biri emosional çətinliklərlə daha asan başa çıxa bilir, sakit qala bilir və problemləri daha rasional həll edə bilir.

Tədqiqatda 18–45 yaş arası 150 iştirakçı qiymətləndirilib. Onların psixoloji ağrı səviyyəsi və sosial bacarıqları ölçülüb. Nəticələr göstərdi ki, sosial bacarıqların yüksək olması psixoloji ağrını zəiflədə bilər. Sosial dəstək və özünü tənzimləmə bacarıqları, xüsusən də empati, insanların emosional çətinlikləri daha yaxşı idarə etməsinə kömək edir.

Bu məlumatlar göstərir ki, psixoloji sağlamlıq yalnız fərdi hisslərdən ibarət deyil. Sosial bacarıqlarımız, münasibətlərimiz və çevrəmizdəki dəstək şəbəkəsi emosional vəziyyətimizi gücləndirir və ağrıları azaldır. Psixoloji ağrını azaltmaq üçün terapiya və məşğələlər yalnız danışmaqdan ibarət olmamalıdır, həm də sosial bacarıqların, empati və özünü tənzimləmə qabiliyyətlərinin inkişaf etdirilməsinə yönəlməlidir.

Beləliklə, sosial bacarıqlar və psixoloji ağrı bir-birinə sıx bağlıdır. Sosial bacarıqlarımızı inkişaf etdirdikcə, emosional çətinliklərlə daha yaxşı mübarizə aparır və həyatımızı daha balanslı, xoşbəxt yaşamağa başlayırıq.

Çox düşünmək “Overthinking” nədir ?

  Həddindən artıq düşünmək və ya overthinking, şəxsin bir mövzu üzərində gərəksiz dərəcədə və uzun müddət düşünməsi halıdır. Bu vərdiş, insanın davamlı olaraq ən pis ssenariləri

Narsizm və onun təsirləri

Psixiatrik yardıma ehtiyac duyanların böyük hissəsi psixi pozuntulardan əziyyət çəkir. Bu pozuntulardan biri də narsizmdir. Narsist insanlar özlərini hamıdan üstün və dəyərli hesab edirlər. Onlar