Adele sindromu dedikdə, insanın birinə qarşı həddindən artıq bağlanması və sevgisini idarə edə bilməməsi nəzərdə tutulur. Bu, adi aşiq olmaqdan fərqlidir. Normalda insan qarşı tərəfdən maraq görmədikdə bir müddət sonra bu hisslər azalır. Amma Adele sindromu yaşayanlarda əksinə – rədd cavabı alsalar belə, həmin insana olan hisslər daha da güclənir.

Belə insanlar çox vaxt sevdikləri şəxsin həyatını izləyir, daim onunla əlaqə yaratmağa çalışır, mesaj yazır, zəng edir və ya sosial mediada izləyir. Onlar üçün həmin insan həyatın mərkəzinə çevrilir. Əgər münasibət alınmırsa, buna baxmayaraq ümidlərini itirmir, “bir gün məni qəbul edəcək” düşüncəsini davam etdirirlər.

Əlamətləri arasında bunlar ola bilər:

  • Sevdiyi insan haqqında daim düşünmək

  • Rədd edilməyi qəbul etməmək

  • Davamlı ünsiyyət cəhdləri (mesaj, zəng, görüşmək istəyi)

  • Güclü qısqanclıq və əsəbilik

  • Öz həyatını kənara qoyub yalnız həmin insan üzərində qurmaq

Bu vəziyyətin səbəbləri adətən uşaqlıqdan gəlir. Əgər insan uşaq ikən kifayət qədər sevgi və diqqət görməyibsə, böyüyəndə başqasına daha çox bağlanma ehtiyacı duyur. Bundan əlavə, özünə güvənsizlik, tək qalmaq qorxusu və emosional zəiflik də rol oynayır.

Müalicə isə əsasən psixoloq və ya psixiatr dəstəyi ilə aparılır. Psixoterapiya zamanı insan öz hisslərini idarə etməyi, sağlam sərhədlər qoymağı və öz dəyərini sevməyi öyrənir. Bəzi hallarda dərman müalicəsi də lazım ola bilər, amma əsas yol psixoloji dəstəkdir.

Sadə dillə desək, Adele sindromu bir növ sevgiyə həddindən artıq bağlanma və ondan asılı olma halıdır. Bu, insanın həyatını çətinləşdirir, çünki sevgi normal hiss olmaqdan çıxıb obsesiyaya çevrilir.

Çox düşünmək “Overthinking” nədir ?

  Həddindən artıq düşünmək və ya overthinking, şəxsin bir mövzu üzərində gərəksiz dərəcədə və uzun müddət düşünməsi halıdır. Bu vərdiş, insanın davamlı olaraq ən pis ssenariləri

Narsizm və onun təsirləri

Psixiatrik yardıma ehtiyac duyanların böyük hissəsi psixi pozuntulardan əziyyət çəkir. Bu pozuntulardan biri də narsizmdir. Narsist insanlar özlərini hamıdan üstün və dəyərli hesab edirlər. Onlar