Halusinasiya nədir?

Halusinasiya nədir?

Mütəxəssislər bildirirlər ki, halusinasiya – real xarici stimul olmadan insanın sanki gerçəkmiş kimi qavradığı hisslər və ya təcrübələrlə xarakterizə olunan psixoloji vəziyyətdir. Bu zaman insan əslində mövcud olmayan şeyləri görə, eşidə, hiss edə və ya qoxulaya bilər.
Halusinasiya zamanı yaşananlar insan üçün tam real kimi görünür. Məsələn, heç kim olmadığı halda səs eşitmək, olmayan bir şeyi görmək və ya toxunma hissi yaşamaq mümkündür. Bu təcrübələr insanın reallıq qavrayışını müvəqqəti olaraq poza bilər.
Halusinasiya müxtəlif formalarda ortaya çıxa bilər və hər zaman psixi pozuntu ilə bağlı olmaya bilər. Bəzi hallarda yüksək stress, yuxusuzluq və ya müəyyən maddələrin təsiri ilə də baş verə bilər.

Əlamətlər

Halusinasiyanın ən çox rast gəlinən əlamətləri bunlardır:

  • Mövcud olmayan səsləri eşitmək
  • Reallıqda olmayan görüntülər görmək
  • Bədəndə toxunma hissləri yaşamaq (kimsə toxunur kimi)
  • Qeyri-real qoxu və ya dad hiss etmək
  • Gördüyü və ya eşitdiyi şeylərin real olduğuna inanmaq

Nədən yaranır?

Psixoloqlar bildirirlər ki, halusinasiyanın yaranmasına səbəb olan əsas faktorlar bunlardır:

  • Şizofreniya və digər psixotik pozuntular
  • Güclü stress və ya travma
  • Yuxusuzluq və ciddi yorğunluq
  • Spirt və ya narkotik maddə istifadəsi
  • Bəzi nevroloji xəstəliklər (məsələn, epilepsiya)
  • Depressiya və ağır psixoloji vəziyyətlər

Halusinasiya ilə necə mübarizə aparmaq olar?

Mütəxəssislərin tövsiyələri:

Reallığı yoxlamaq: Gördüyün və ya eşitdiyin şeyi başqaları ilə yoxlamaq
Yuxu rejimi: Kifayət qədər yuxu almaq çox vacibdir
Stressin idarə olunması: Meditasiya, nəfəs məşqləri
Mütəxəssis dəstəyi: Psixiatr və ya psixoloqa müraciət etmək
Tətikləyicilərdən uzaq durmaq: Spirt, narkotik və s.

Paranoya nədir? Hər şübhə paranoya sayılır?

Paranoya nədir? Hər şübhə paranoya sayılır? Psixi sağlamlıqla bağlı ən çox yanlış anlaşılan mövzulardan biri də paranoyadır. Bəzən insanlar həddindən artıq şübhəli davranan birini “paranoyak”

Psixoloqla Psixiatrın fərqi nədir?

Psixoloqla Psixiatrın fərqi nədir? Psixi sağlamlıq sahəsində ən çox qarışdırılan anlayışlardan biri psixoloq və psixiatr arasındakı fərqdir. Hər iki mütəxəssis insanın psixoloji vəziyyəti ilə məşğul