Antidepresantlar asılılıq yaradırmı?

Antidepresantlar asılılıq yaradırmı?

Psixi sağlamlıqla bağlı ən çox verilən suallardan biri də antidepressantların asılılıq yaradıb-yaratmamasıdır. Bir çox insan bu dərmanları qəbul etməyə başlayarkən “sonra dayandıra bilməyəcəyəm?” narahatlığı yaşayır. Amma antidepressantlar haqqında doğru məlumatlı olmaq vacibdir.


Antidepressantlar nədir?

Antidepressantlar depressiya, anksiyete, panik atak və bəzi digər psixi sağlamlıq vəziyyətlərinin müalicəsində istifadə olunan dərmanlardır. Bu preparatlar beyində serotonin, dopamin və noradrenalin kimi kimyəvi maddələrin balansına təsir edərək emosional vəziyyətin stabilləşməsinə kömək edir.

Antidepressantlar klassik mənada asılılıq yaradırmı?

Xeyr. Antidepressantlar narkotik maddələr və ya bəzi sakitləşdiricilər kimi “asılılıq” yaratmır.

Yəni:
🔹 İnsan dərmanı qəbul etdikcə dozanı davamlı artırmaq ehtiyacı hiss etmir
🔹 “Eyforiya” və ya süni həzz yaratmır
🔹 Dərmanı əldə etmək üçün kompulsiv istək formalaşdırmır

Bu səbəbdən antidepressantlar tibbi baxımdan asılılıq yaradan preparatlar hesab edilmir.


Bəs niyə bəzi insanlar dayandıranda çətinlik yaşayır?

Antidepressantlar uzun müddət istifadə olunduqda beyin müəyyən qədər həmin balans vəziyyətinə uyğunlaşır. Dərman qəfil dayandırıldıqda isə bəzi insanlarda keçici simptomlar yarana bilər.

Məsələn:
🔹 Başgicəllənmə
🔹 Narahatlıq hissi
🔹 Yuxu problemləri
🔹 Əhval dəyişiklikləri
🔹 Yorğunluq

Bu vəziyyət “asılılıq” deyil, daha çox orqanizmin uyğunlaşma reaksiyasıdır. Buna görə antidepressantlar yalnız həkim nəzarəti ilə və mərhələli şəkildə dayandırılmalıdır.


Antidepressantlardan qorxmaq lazımdırmı?

Bir çox insan dərman istifadəsinə qarşı ön mühakimə ilə yanaşır. Halbuki bəzi hallarda antidepressantlar insanın gündəlik həyat keyfiyyətini, yuxusunu, emosional stabilliyini və funksionallığını ciddi şəkildə yaxşılaşdıra bilir.

Vacib olan:
🔹 Dərmanı həkim təyinatı ilə istifadə etmək
🔹 Dozanı özbaşına dəyişməmək
🔹 Müalicəni qəfil dayandırmamaq
🔹 Müntəzəm nəzarətdə olmaqdır

Hallüsinasiya nədir?

Hallüsinasiya nədir? Bəzən insan ətrafda olmayan bir səsi eşitdiyini, mövcud olmayan bir insanı gördüyünü və ya heç kimin hiss etmədiyi qoxunu hiss etdiyini deyə bilər.

Melatonin istifadəsi hamıya uyğundur?

Melatonin istifadəsi hamıya uyğundur? Son illərdə melatonin yuxu problemləri yaşayan insanların ən çox müraciət etdiyi vasitələrdən birinə çevrilib. Bir çox insan onu “zərərsiz yuxu dərmanı”