Antidepressant dərmanlar asılılıq yarada bilər?

Müraciət edən xəstələrin böyük əksəriyyətini belə bir sual maraqlandırır:

Mənə yazdığınız dərmanlar asılılıq yaradırmı? Bu məndə gələcəkdə hər hansısa problem yaradacaqmı? Dərmanın istifadəsini rahat bir şəkildə dayandıra biləcəyəm? Psixiatrların yazdıqları dərmanlar heç də insanlarda asılılıq yaradan, narahatçılıq törədən dərmanlar deyil. Belə dərmanlardan qorxmaq lazım deyil. Əgər bir dərman sizin üçün fayda edir, sizin keçirtdiyiniz narahatçılıqları aradan qaldırır, sizə bir rahatlıq verir və rahat şəkildə yaşamanıza səbəb olursa, bu dərmanın təsirindən qorxmaq lazım deyil. Həmişə xəstələrimə belə bir misal çəkirəm, insan bir eynəyi daimi taxırsa və yaxud təzyiqi olan bir şəxs daimi bir dərmanı qəbul edirsə, bu dərman və ya eynək hər hansı asılılıq yaradarmı?! Əlbəttə, xeyr. Dərmanlar içərisində asılılıq yaradan dərmanlar ola bilər. Benzodiazepinlər uzun müddət istifadə edilən zaman asılılıq yarada bilər. Ancaq bizim təyin etdiyimiz antidepressantlar və neyroleptik dərmanlar asılılıq yaratmır”,- deyə həkim psixiatr qeyd edib.

Hallüsinasiya nədir?

Hallüsinasiya nədir? Bəzən insan ətrafda olmayan bir səsi eşitdiyini, mövcud olmayan bir insanı gördüyünü və ya heç kimin hiss etmədiyi qoxunu hiss etdiyini deyə bilər.

Melatonin istifadəsi hamıya uyğundur?

Melatonin istifadəsi hamıya uyğundur? Son illərdə melatonin yuxu problemləri yaşayan insanların ən çox müraciət etdiyi vasitələrdən birinə çevrilib. Bir çox insan onu “zərərsiz yuxu dərmanı”