Bədən dismorfik pozuntular nədir?

Həkim-psixiatr Zaur Qasımov öz müsahibəsində bildirir ki…

Bir çox şəxslərdə öz bədən üzvlərinin, xüsusilə sifət nahiyəsində dodaqlarının, burunlarının və ya yanaqlarının, qaşlarının gözəl olmadığını daha da onu çirkinləşdirdiyi haqqında düşünürlər. Və bu düşüncələr həmən insanlara çox sıxıntı verir, narahatçılıqlar yaradır.

Gərəksiz yerə xüsusilə plastik cərrahlara, digər həkim mütəxəssislərə müraciət edirlər. Təkrar estetik əməliyyat olunduqda belə eybəcər olduqlarını, çirkin olduqlarını düşünürlər. Bu narahatçılıqları, düçüncələri, depressiyaları bir araya gətirsək Dismorfik pozuntu kimi qiymətləndirmək olar. Bu tip insanları estetik cərrahlara yox psixiatrlara yönləndirmək daha düzgün hesab olunur.

 

Dəfələrlə yoxlamağımın səbəbi nədir?

“Hər şeyi etdiyimi bilirəm, amma yenə də yoxlamaq istəyirəm.” Bunun səbəbi nədir? Bəzən insan müəyyən bir şeyi bildiyi və əmin olduğu halda belə, onu təkrar-təkrar