Emosional aclıq nədir ?

Emosional aclıq mütəmadi olaraq böyük miqdarda qida qəbul etmək vərdişidir. Bu iştaha fərqli hisslərdən irəli gəlir və aclıq deyil. Araşdırmalara görə doymamağın 75 faizi emosiyalardan yaranır. Təklik, zəiflik, hirs, məyusluq, depressiya, narahatlıq kimi hisslər şüursuz və nəzarətsiz qidalanmağa səbəb ola bilər.Bu. asılılığı aradan qaldırmanın bir neçə yolu var.
Emosional aclığı azaltma yolları

1. Hissini adlandır:
“Mən nə hiss edirəm?” — narahatlıq, tənha qalmaq, boşluq…

2. Aclığın mənbəyini yoxla:
Fiziki aclıq yavaş gəlir. Emosional aclıq qəfil olur.

3. Nəfəs tənzimi et:
10 dərin nəfəs → bədən sakitləşir → impuls zəifləyir.

4. Özünü sakitləşdirən fəaliyyət seç:
Qısa gəziş, ilıq duş, musiqi, gündəlik yazı.

5. Özünə yumşaq yanaş:
“Mənim indi dəstək ehtiyacım var” — tənqid yox, anlayış.

6. Doyumu kənardan yox, içəridən qur:
Hissə yer vermək → davranışın idarəsini gücləndirir.

Paranoya nədir? Hər şübhə paranoya sayılır?

Paranoya nədir? Hər şübhə paranoya sayılır? Psixi sağlamlıqla bağlı ən çox yanlış anlaşılan mövzulardan biri də paranoyadır. Bəzən insanlar həddindən artıq şübhəli davranan birini “paranoyak”

Psixoloqla Psixiatrın fərqi nədir?

Psixoloqla Psixiatrın fərqi nədir? Psixi sağlamlıq sahəsində ən çox qarışdırılan anlayışlardan biri psixoloq və psixiatr arasındakı fərqdir. Hər iki mütəxəssis insanın psixoloji vəziyyəti ilə məşğul