Halusinasiyalar və ya qeyri real hadisələr

Halusinasiya reallıqda olmayan hadisələrin bizim beynimiz tərəfindən qavranılmasıdır. Halusinasiyalar daha çox sinir xəstələrində baş verir. Ən çox rast gəlinən halusinasiyalar eşitmə və görmə halusinasiyalarıdır. Bu zaman reallıqda olmayan səslərin eşidilməsi, bəzən onunla danışılması və yaxud da hər hansı qarabasmalar şəklində görsənirlər və onlarla danışırlar. Eyni zamanda halusinasiyalar bəzən bizim daxilimizdə yerləşən hər hansı varlığın göstəriş verməsi, danışması kimi daha mürəkkəb hadisələrə səbəb olur. Ən təhlükəli halusinasiyalar isə həmin hisslərin və yaxud da görüntülərin insanlara müəyyən şəkildə göstərişlər verməsidir, bu ciddi psixi problemdir və bu zaman psixiatra müraciət etmək məqsədə uyğundur.

 

Paranoya nədir? Hər şübhə paranoya sayılır?

Paranoya nədir? Hər şübhə paranoya sayılır? Psixi sağlamlıqla bağlı ən çox yanlış anlaşılan mövzulardan biri də paranoyadır. Bəzən insanlar həddindən artıq şübhəli davranan birini “paranoyak”

Psixoloqla Psixiatrın fərqi nədir?

Psixoloqla Psixiatrın fərqi nədir? Psixi sağlamlıq sahəsində ən çox qarışdırılan anlayışlardan biri psixoloq və psixiatr arasındakı fərqdir. Hər iki mütəxəssis insanın psixoloji vəziyyəti ilə məşğul