İctimai qınaq və tək qalmaq qorxusu

İctimai qınaq və tək qalma qorxusu nədir?

Müdafiə Nazirliyinin Baş Klinik Hospitalın həkim psixiatrı Zaur Qasımov bu səfər aktual mövzulardan biri olan ictimai qınaq və tək qalma qorxusu barədə danışıb.

“Bir çox hallarda bəzi insanlar var ki, onlar ictimai yerlərə çıxmaqdan, çıxarkən hər hansı bir fikir bildirməkdən, öz sözünü deməkdən çəkinirlər. Belə insanlar sanki öz düşüncələrinə görə hər hansı bir fikri bildirdikdə, hər hansı bir hərəkət etdikdə ətrafdakıların ictimai qınağına səbəb olacaq və onlar utanacaq, biyabr olacaq, son nəticədə gülüş hədəfi olduqları üçün öz dostlarını itirəcək deyə düşünürlər. Bu zaman isə onlarda tək qalmaq qorxusu yaranır. Bəzən belə şəxslər öz gündəlik fəaliyyətlərini yerinə yetirə bilmirlər, çox çətinlik çəkirlər, tənhalığa meyilli olurlar. Son nəticədə isə bu hal ağır psixoloji problemlərə gətirib çıxara bilir”, – deyə həkim psixiatrı Zaur Qasımov qeyd edib.

 

Hallüsinasiya nədir?

Hallüsinasiya nədir? Bəzən insan ətrafda olmayan bir səsi eşitdiyini, mövcud olmayan bir insanı gördüyünü və ya heç kimin hiss etmədiyi qoxunu hiss etdiyini deyə bilər.

Melatonin istifadəsi hamıya uyğundur?

Melatonin istifadəsi hamıya uyğundur? Son illərdə melatonin yuxu problemləri yaşayan insanların ən çox müraciət etdiyi vasitələrdən birinə çevrilib. Bir çox insan onu “zərərsiz yuxu dərmanı”