İlk dəfə İtalyan psixiyatr Enrico Morselli tərəfindən 1886-cı ildə müəyyən edilən psixoloji bir pozunutudur. Özünü bəyənməmək, Güzgü xəstəliyi yada Bədən Dismorfik Pozuntusu olaraq da tanınır. Bu pozuntuda şəxs vücudunun bir hissəsini bəyənmir və ya görüntüsünün pis olduğunu iddia edir. Şəxsin bədəninə aid mənfi düşüncələri iki şəkildə ortaya çıxa bilər. Birincisi şəxsin öz bədəninə aid müsbət qavrayışının pozulmuş olmasıdır yəni bədəninin burun, qulaq, əl kimi bəzi bölgələrini bəyənməməsidir.İkincisi isə başqalarının onun bədənindəki bəzi bölgələri bəyənmədiyini düşünməsidir. Bəzən ikisi bir arada da görülə bilər. Hər iki vəziyyətdə bu pozuntuyla bərabər görülən başqa problemlər də vardır. Məsələn depresiya və vəsvəsə bu xəstəliyi müşayət edən xəstəliklər arasındadır. Dismorfofobiya pozuntusunda görünən real bir bədənsəl qüsur olmamasına baxmayaraq, şəxs bir pozuntusu olduğunu vəya çox çirkin olduğunu düşünərək tez-tez estetik əməliyyatlar etdirir. Dismorfofobiyanın Güzgü xəstəliyi olaraq tanınmasının bir səbəbi də şəxsin ya güzgülərə küsməsi yada sıx-sıx güzgüyə baxaraq özünü incələmə ehtiyacı hiss etməsindən qaynaqlanır. Bu narahatçılıq ümumiyyətlə özünə qapalı,dostluq etməkdə problem yaşayan, insanların tənqidlərinə və düşüncələrinə çox önəm verən və təşviş dərəcəsi yüksək olan insanlarda daha sıx görülə bilir. Bəzi ağır vakalarda şəxs özündə var olduğuna inandığı bədənsəl qüsurlarını ətrafındakıları da inandıra bilmədiyini gördükdə həqiqi mənada özünə və problemi olduğu düşündüyü orqanına zərər verə bilər. Bədəni haqqında bu qədər çox vəsvəsəyə sahib olmaq, şəxsin bütün sosyal həyatını, sosyal münasibətlərini poza bilmək qabiliyyətindədir.Dismorfofobiya hər dönəmdə görülə bilən bir narahatçılıq olmaqla bərabər son illərdə daha çox artmasına səbəb cəmiyyət olaraq insanlarda estetik qavrayışının dəyişməsidir.

Bir şeyləri eşitmək və ya görmək şizofreniya əlamətidirmi?
14 Sentyabr 2026
Bir şeyləri eşitmək və ya görmək şizofreniya əlamətidirmi? Olmayan səsləri eşitmək və ya əslində mövcud olmayan görüntüləri görmək hallüsinasiyalar adlanır. Bu təcrübələr insan üçün olduqca

Panik atak heç bir səbəb olmadan başlayır?
07 Sentyabr 2026
Panik atak heç bir səbəb olmadan başlayır? Panik atak insanın özünü qəfil və çox güclü qorxu içində hiss etdiyi, bir neçə dəqiqə ərzində intensivləşə bilən

Dəfələrlə yoxlamağımın səbəbi nədir?
31 Avqust 2026
“Hər şeyi etdiyimi bilirəm, amma yenə də yoxlamaq istəyirəm.” Bunun səbəbi nədir? Bəzən insan müəyyən bir şeyi bildiyi və əmin olduğu halda belə, onu təkrar-təkrar