Psixi Sağlamlığı Pozulan Şəxs Yoxsa Dəli?

Həkim-psixiatr Zaur Qasımov öz müsahibəsində bildirir ki…

Cəmiyyətdə belə ifadələrin işlədilməsi əlbəttə ki, yanlış təsəvvürlər və yanlış yanaşmalardır.

Cəmiyyətdə bu cür yanaşmalara görə bir sıra insanlar əziyyət çəkir, özündə, ailəsində problemlər yaranır. Belə ki, bu şəxslərin ailələri dağılır, boşanma halları artır, işdən çıxmalar çoxalır və cəmiyyətdən tədric olunma kimi hallara səbəb olur.

“Mən psixiatıra getməliyəmsə deməli mən dəli olmuşam” düşüncə tərzinə görə bu gün belə hallar cəmiyyətdə böyük fəsadlara gətrib çıxarır. Bunu insanların daha az biliklərə sahib olması, daha az maarifləndirilməsinin nəticəsi kimi də qiymətləndirmək olar.

Qeyd etdiyim kimi, psixiatr “dəli həkimi” yox bir sıra həyəcan pozuntuları, tikləri, davranış pozuntuları,diqqət əksikliyi, nitq problemləri və adını sadalamadığımız bir sıra xəstəliklərin müalicəsi ilə məşğul olur. Hansı ki, bunların hər birində ağıl və zəkası yerində olmuş şəxslərdir. Lakin, həmin şəxslərdə belə hallar var ki, “mənə dəli həkiminə getdi” ifadəsi işlənir deyə psixiatrlara müraciət etməkdən çəkinirlər. Və bunun nəticəsində belə şəxslər iztirab, narahatlıqlarla yaşamağa məcbur olurlar. Belə yanaşma tərzi tamamiylə yanlışdır.

 

Hallüsinasiya nədir?

Hallüsinasiya nədir? Bəzən insan ətrafda olmayan bir səsi eşitdiyini, mövcud olmayan bir insanı gördüyünü və ya heç kimin hiss etmədiyi qoxunu hiss etdiyini deyə bilər.

Melatonin istifadəsi hamıya uyğundur?

Melatonin istifadəsi hamıya uyğundur? Son illərdə melatonin yuxu problemləri yaşayan insanların ən çox müraciət etdiyi vasitələrdən birinə çevrilib. Bir çox insan onu “zərərsiz yuxu dərmanı”