Psixoloji Xəstəliklərdə Dərman Müalicəsi

 

Həkim-psixiatr Zaur Qasımov ‘Psixoloji xəstələrdə dərman müalicəsi’ haqqında ətraflı məlumat verdi.

Belə xətələr dərman müalicəsini, həkim qəbulunu o qədər də uyğun görmürlər. Sanki bunu bir həyat tərzi imiş kimi, qəbul edirlər.
“Bunun xasiyyəti belədir, bunun irsiyyətindən gəlir , əmisi də belə idi, dayısı da belə idi və ya başqa qohumundada bu hallar vardı” kimi ifadələr işlədilir.

Bildiyimiz kimi beynimizdə hislərimizi təmin edən bir sistem vardır. Necə ki, biz sevinirik, əsəbləşirik, həyəcanlanırıq bunlar beyində müəyyən bir maddələrin qarşılıqlı təsiri nəticəsində formalaşır.

Belə ki, biz həyəcanlanan zaman həyəcanımızı sakitləşdirmək üçün bir mexanizim hərəkətə keçir. Lakin, belə xəstələrdə bu mexanizmin hərəkətə keçməməsi nəticəsində narahatlıqlar meydana çıxa bilir.
Bəli, bir çox hallarda psixoterapiyanın əhəmiyyəti olur, lakin, xəstələr əksər hallarda özləri bacara bilmirlər və həkimə müraciət etməsinə ehtiyac yaranır.
Belə xəstələrə həkimə müraciət etmələri və dərman müalicəsi qəbul etmələri tövsiyə olunur.

Antidepresantlar asılılıq yaradırmı?

Antidepresantlar asılılıq yaradırmı? Psixi sağlamlıqla bağlı ən çox verilən suallardan biri də antidepressantların asılılıq yaradıb-yaratmamasıdır. Bir çox insan bu dərmanları qəbul etməyə başlayarkən “sonra dayandıra

Paranoya nədir? Hər şübhə paranoya sayılır?

Paranoya nədir? Hər şübhə paranoya sayılır? Psixi sağlamlıqla bağlı ən çox yanlış anlaşılan mövzulardan biri də paranoyadır. Bəzən insanlar həddindən artıq şübhəli davranan birini “paranoyak”