Şizofreniya xəstəliyi

Şizofreniya xəstəliyi çox rast gəlinən bir xəstəlikdir. Rastımıza çıxan hər 50-100 nəfərdən 1-i şizofreniya xəstəsi kimi qiymətləndirmək olar. Bu xəstəliyin irsi keçmə xarakteridə var. Valideynlərin birində və ya hər ikisində xəstəlik varsa, övladlarının şizofreniya xəstəsi olma ehtimalı yüksəkdir. Hamiləlik zamanı bətndaxili infeksiyalar keçirmiş qadınların övladlarının şizofreniya xəstəsi olma ehtimalı yüksəkdir. Adətən bu xəstəlik gənc yaşlarda meydana çıxır. 16-17 yaşdan 25 yaşa qədər daha çox rast gəlinir. Amma daha erkən və daha sonrakı yaşlardada rast gəlmək ehtimalı yüksəkdir. Bu xəstələrdə səbəbsiz olaraq uyğun olmayan danışıqlar, uyğun olmayan qavramalar, halisunasiyalar, qarabasmalar kimi əlamətlərlə meydana çıxır, yersiz yaranan şüphələrlə xarakterizə olunur.

 

Hallüsinasiya nədir?

Hallüsinasiya nədir? Bəzən insan ətrafda olmayan bir səsi eşitdiyini, mövcud olmayan bir insanı gördüyünü və ya heç kimin hiss etmədiyi qoxunu hiss etdiyini deyə bilər.

Melatonin istifadəsi hamıya uyğundur?

Melatonin istifadəsi hamıya uyğundur? Son illərdə melatonin yuxu problemləri yaşayan insanların ən çox müraciət etdiyi vasitələrdən birinə çevrilib. Bir çox insan onu “zərərsiz yuxu dərmanı”