Vəsvəsə nədir?

Vəsvəsə nədir sualına tanınmış həkim psixiatr Zaur Qasımov aydınlıq gətirir.

Müdafiə Nazirliyinin Baş Klinik Hospitalın həkim psixiatrı Zaur Qasımov müalicə alan hər kəsi maraqlandıran və narahat edən “Vəsvəsə nədir?” barədə danışıb.

Baş Klinik Hospitalın həkim psixiatrı Z. Qasımov bildirib ki, bu gün insanlarda ən çox iyrənmələr formasında olan vəsvəsələrə rast gəlinir. Misal olaraq; xəstələnəcəm, mikroba yoluxacam və s. Bu kimi hallara isə obsesif-kompulsif pozuntular deyilir.

Vəsvəsə problemi olan xəstələrdə yersiz yaranan fikirlər və bu fikirlərə uyğun davranış pozğunluqları olur ki, burada ən çox rast gəlinənlər təmizlik , iyrənmələr olur.

Bu hallar əsasən itirmək qorxusu olan insanlarda daha çox rast gəlinir. Bu insanların uşaqlıq travmaları ilə də bağlı olur.
Uşaqlar daha çox valideyinlərni itirdikdə və ya hər hansı bir sevimli əşyasını itirdikdə bu travmalar yaranır.

 

Paranoya nədir? Hər şübhə paranoya sayılır?

Paranoya nədir? Hər şübhə paranoya sayılır? Psixi sağlamlıqla bağlı ən çox yanlış anlaşılan mövzulardan biri də paranoyadır. Bəzən insanlar həddindən artıq şübhəli davranan birini “paranoyak”

Psixoloqla Psixiatrın fərqi nədir?

Psixoloqla Psixiatrın fərqi nədir? Psixi sağlamlıq sahəsində ən çox qarışdırılan anlayışlardan biri psixoloq və psixiatr arasındakı fərqdir. Hər iki mütəxəssis insanın psixoloji vəziyyəti ilə məşğul